Birgə yaşadığı türk Azərbaycanlı qadını döyüb - Xəstəxanalıq etdi

Birgə yaşadığı türk Azərbaycanlı qadını döyüb
Oxunma sayı: 1449

Otuz doqquz yaşlı azərbaycanlı Nahidə Qarayeva birlikdə yaşadığı kişi tərəfindən döyülüb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Şimali Kiprdə baş verib. Nahidə Qarayevanı döyərək xəstəxanalıq edən şəxs isə bu ölkəyə işləmək üçün gedən Gaziantepli Osman Tanrıöver olub. Hər iki şəxsin uzun zaman idi ki, bir-birilərini tanıdıqları bildirilir. 

Tanrıöver Qarayevanı 10 yaşlı uşağının gözləri qarşısında təpik və yumruq zərbələri ilə döyüb. Kişinin əlindən güclə xilas ola bilən qadın İnönü kəndindəki qəbirstanlığın yanında huşunu itirib. Daha sonra xəstəxanaya yerləşdirilən qadının kəllə travması aldığı məlum olub. 

Osman Tanrıöver isə polis tərəfindən saxlanılaraq həbs olunub. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi