Biri bir dəri bir sümük, digəri isə ətlidir... - Fotolar

Biri bir dəri bir sümük, digəri isə ətlidir...
Oxunma sayı: 6982

Sosial şəbəkə həyatımıza daxil olduqdan sonra insanlarda gözəllik anlayışı da dəyişib. Bir çox qadın, eləcə də kişi İnstaqramda gördüyü qüsursuz, zəif bədənlərdən sonra gözəlliyin bu incə bədənlərdən ibarət olduğunu düşünməyə başlayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkəni sadəcə “qüsursuz” fotolarını paylaşmaq üçün istifadə etməyən iki rəfiqə var. Bunlar – Corcia Qibbs və Keyt Uesleydir.

Avstriyalı iki rəfiqə insanların qadın bədəni və artıq çəkilərə baxışındakı müxtəlif tərəfləri ortaya çıxarıb. Belə ki, 36 bədənə sahib C. Qibbs ilə 44 bədənə sahib K. Uesley ortaq İstaqram hesablarında birlikdə çəkdirdikləri şəkilləri paylaşıb. Biri zəif, digəri isə kök olan iki dost  tənqidlə üzləşib. Bəziləri Qibbsin olduqca zəif, Uesleyin isə həddindən artıq kök olduğunu bildiriblər. Rəfiqələr isə sadəcə kütləyə “hər qadın öz bədəni ilə xoşbəxt olmaq haqqına sahibdir” fikrini aşılamağa çalışdıqlarını qeyd ediblər.














Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi