Biri hakimi döydü, digəri söydü

Biri hakimi döydü, digəri söydü
Oxunma sayı: 722

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo”  xəbər verir ki, iclasda baş vermiş hadisələrlə bağlı qərarlar qəbul olunub. 

“Energetik” – “Şəmkir” matçının 23-cü dəqiqəsində ev sahiblərinin futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. “Energetik”in digər futbolçusu Samir Əliyev isə oyunun 78-ci dəqiqəsində aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyunluq cəzalanıb. 
 
“Şağan” – “Tufan” matçının 90+4-cü dəqiqəsində qonaqların futbolçusu Elçin Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi