Biri qızını, digəri ərini axtarır

biri-qizini-digeri-erini-axtarir
Oxunma sayı: 1589

Bakı şəhər sakini Bəxtiyar Mirzəyev Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, o, 22 yaşlı qızı Aytac Mirzəyevanın dünən günorta saatlarında yaşadıqları evdən çıxaraq geri qayıtmadığını bildirib. 

Daha bir itkin düşmə hadisəsi isə Sulutəpə qəsəbəsində baş verib. Belə ki, Mahirə Sultanova Binəqədi RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət edərək avqustun 16-ı günorta saatlarında əri 1989-cu il təvəllüdlü Cavadxan Tağıyevin evdən çıxıb bir daha geri qayıtmadığını bildirib. 

Hər iki faktla bağlı araşdırma aparılır.