Biri “Revolver”, digəri “Makarov”la tutuldu

Biri “Revolver”, digəri “Makarov”la tutuldu
Oxunma sayı: 1158

Bakıda iki silahlı şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Nəsimi rayonunda şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Z.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “Revolver” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb. 

Binəqədi rayonu 9-cu mikrorayon ərazisində isə Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Süleymanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 9 ədəd patron aşkar edilərək götürülüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi