Biri vardı, biri yoxdu, bir Nazarbayev vardı...

biri-vardi-biri-yoxdu-bir-nazarbayev-vardi
Oxunma sayı: 726

“Qafqazinfo”nun Rusiya saytına istinadən verdiyi xəbərə görə, ayrı-ayrı tirajlarla dərc edilmiş əsərlər ilk növbədə prezident fondunun kitabxanasına təqdim olunub. İlk nağıl “Dariquşanın qızıl almaları” Nazarbayevin böyük qızı Dariqaya, “Elbası Nursultan” isə prezidentin uşaqlığı və əsgərlik dövrlərinə həsr olunub. Bundan başqa, prezidentə həsr olunan “Mənim prezidentim”, “Aziada-2011” adlı kitablar da var. Bütün nəşrlər rəngli illüstrasiyalarla verilib. Beş nağıl artıq rus və ingilis dillərinə tərcümə edilib. “Sammit” adlanan son nağılda isə keçən ilin sonlarında keçirilən ATƏT-in forumundan bəhs edir.

Səidə