Birinci divizionda ilin son turu oynanıldı

birinci-divizionda-ilin-son-turu-oynanildi
Oxunma sayı: 827

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda mövsümün ilk yarısına yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, XIII turun qarşılaşmaları 2017-ci ildə sonuncu matçlar olub.

Turun ikinci oyun günündə 4 qarşılaşma baş tutub. Çempionatın lideri “Qaradağ Lökbatan” növbəti qələbəsini qazanıb.

I divizion

XIII tur

8 dekabr

“Qaradağ Lökbatan” - “Mil-Muğan” – 4:1
Elvin Adışirinli, 17, 87; Natiq Kərimi, 43; Əliqulu Manafov, 85 // Comərd Baxşəliyev, 7

“Binə” - “Zaqatala” – 2:0
Mənsur Nəhavəndi, 50; Timur Dadaşov, 80

MOİK - “Xəzər” – 0:1
Şahin Baleljaee, 89

“Ağsu” - “Turan Tovuz” – 3:2
Malik Babayev, 14; Arzuman Nəsibov, 72; Qalib Əmrahov, 80 // Ziyabil Məmmədov, 1; Emin Zamanov, 38