Birinci Divizionda ilk tura yekun vuruldu

birinci-divizionda-ilk-tura-yekun-vuruldu
Oxunma sayı: 2292

Futbol üzrə Azərbaycan Birinci Divizionunda yeni mövsümün ilk turuna yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, son oyun günündə üç görüş baş tutub.

“Keşlə”nin əvəzedici komandası səfərdə “Zaqatala” üzərində qələbəyə sevinib.

“Sumqayıt”ın əvəzediciləri isə “Şüvəlan”ı böyük hesabla məğlub edib.

“Turan Tovuz”la “Ağsu” arasında baş tutan görüşdə isə meydan sahibləri üstün olublar.

1-ci tur

23 avqust

"Qaradağ Lökatan" - "Neftçi-2" - 0:1
Qol: Hüseyn Hüseynzadə, 85.
Hakimlər: Etibar Həsənov, Cəmil Quliyev, Müslüm Əliyev, Cahangir Yusifzadə.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

"Sabah-2" - MOİK - 0:1
Qol: Bahadur Həziyev, 88.
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Elşad Abdullayev, Kamal Umudlu.
Binə qəsəbə stadionu.

"Kəpəz" - "Qarabağ-2" - 0:4
Qol: Rövlan Muradov, 15. Hacıağa Hacılı, 21. Elvin Cəfərquliyev, 59. Rafael Məhərrəmli, 73.
Hakimlər: Ramiz Məhərrəmov, Murad Kərimov, Pərvin Talıbov, Vüsal Əliyev.
Gəncə şəhər stadionu.

"Zirə-2" - "Səbail-2" - 1:2
Qol: Tapdıq Əhmədov, 25-pen. – Murtuz Abakarov, 22. Emil Həsənzadə, 29.
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Kamranbəy Rəhimov.
Bakı. “AZAL Arena”.

24 avqust

"Zaqatala" - "Keşlə-2" - 1:2
Qol: Ravil Yusifli, 81 - Qədir Bayramlı, 20. Nurlan Quliyev, 24.
Hakimlər: Səbuhi Bayramov, Tural Bayramov, Samir Ələsov, Namiq Bəkirov.
Zaqatala şəhər stadionu.

"Turan Tovuz" - "Ağsu" - 2:1
Qol: Məhərrəm Həsənov, 39-öz qapısına. İlkin Sadıqov, 81 – Yunis Muxtarlı, 88.
Hakimlər: Ziya Nəsirov, Rahil Ramazanov, Elman Kərimov, Nicat İsmayıllı.
Tovuz şəhər stadionu.

"Şüvəlan" - "Sumqayıt-2" - 0:4
Qol: Fərid Kərimzadə, 20. Əli Əliyev, 31. Elvin Nəsibov, 60. Tural Bayramov, 71.
Qırmızı vərəqə: Səbuhi Abdullazadə, 36 (Sumqayıt-2).
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Emin Nağıbəyov.
Bakı. “AZAL Arena”.