Birinci iti, sonra sahibini öldürən çobanın məhkəməsi başladı

birinci-iti-sonra-sahibini-olduren-cobanin-mehkemesi-basladi
Oxunma sayı: 1744

Bakı Ağır Cinayətlər Məhkəməsində çoban Natiq Binyətovun məhkəməsi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Subay olan 22 yaşlı Natiq orta məktəbi 4-cü sinfə qədər oxuyub. 

Cinayət işi məhkəmə baxışına qəbul edilib, proses sentyabrın 22-də davam etdiriləcək. 

İttihama görə, Şamaxı rayonu,  Acıdərə yaşayış massivində çobanlıqla məşqul olan, rayonun Quşçu kənd sakini 1980-cı il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. 

İlkin məlumata görə, qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini parçalayaraq öldürüb. 

Bunu görən Natiq Binyətov da Zaur Hacıyevin yaşadığı evə gədərək ov tüfəngi ilə onun itini öldürüb. 

Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və Natiq Binyətov özü ilə gətirdiyi ov tüfəngi ilə Zaura 7 dəfə atəş açıb. Zaur Hacıyev hadisə yerində ölüb.

N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb. 

Murad Əhməd