“Birinci kanal” “Eurovision-2017”ni yayımlamaqdan imtina etdi

“Birinci kanal” “Eurovision-2017”ni yayımlamaqdan imtina etdi
Oxunma sayı: 1166

Rusiyanın “Birinci kanal”ı “Eurovision 2017” mahnı müsabiqəsini yayımlamamaq haqda qərar verib.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə telekanalın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

“Bu gün “Birinci kanal” Avropa Yayımları Birliyindən məktub alıb. Məktubda Ukrayna xüsusi xidmət orqanlarının qərarına əsasən Yuliya Samoylovanın müsabiqədə iştirakı məsələsinin həll edilmədiyi vurğulanıb. “Birinci kanal” belə bir vəziyyətdə “Eurovision-2017”nin yayımının mümkün olmadığını hesab edir”, - deyə telekanalın açıqlamasında vurğulanıb.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı müsabiqəsində iştirak etmək üçün seçilmiş Rusiya təmsilçisi Yuliya Samoylovanın ölkəyə girişinə qadağa qoyub. Buna səbəb isə müğənninin Krıma səfər etməsidir. Y. Samoylovanın Ukraynaya girişi 3 il müddətinə qadağan edilib. Qərar Samoylovanın Ukrayna qanunvericiliyini pozması barədə əldə edilmiş məlumatlar əsasında qəbul olunub. 

Y. Samoylova müsabiqədə "Flame is Burning" mahnısı ilə çıxış etməyi planlaşdırır. Müğənni uşaqlıqdan əlil arabasında hərəkət edir və birinci qrup əlilliyi var.

“Eurovision-2017”nin yarımfinalları 9-11 may tarixlərində, final isə mayın 13-də baş tutacaq.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi