Birinci lediylə mübahisə edən Ağ Ev əməkdaşı işdən qovuldu

birinci-lediyle-mubahise-eden-ag-ev-emekdasi-isden-qovuldu
Oxunma sayı: 2303

Birinci ledi Melaniya Trampla təyyarədə mübahisə edən ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə məsləhətçisinin müavini Mira Rikardel vəzifəsindən azad edilib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçinin işdən çıxarılmasını Melaniya Trampın şəxsən istədiyi bildirilir. 

Ağ Ev sözçüsünün açıqlamasında Rikardelin idarəçilikdəki baş bir vəzifə üçün istefa verdiyi qeyd edilib. 

Melaniya Trampın ötən ay Afrika səhayətində Rikardellə təyyarədə yer üstündə dava etdiyi xəbəri yayılmışdı. Birinci ledinin sözçüsü “Rikardel artıq Ağ Evə xidmət etmək şərəfinə layiq deyil” demişdi.