Birinci rübdə fərdi hesabı

birinci-rubde-ferdi-hesabi
Oxunma sayı: 649

2012-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 978 890 nəfərə çatıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 56,1 faizi kişi, 43,9 faizi isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 24,7 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 23,5 faiz, 30-40 yaşa kimi sığortaolunanlar 22,4 faiz, 50-60 yaşa kimi sığortaolunanlar 20,3 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,1 faiz təşkil edir.

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Nigar Məmmədli