Birinci sinif şagirdini maşın vurdu

birinci-sinif-sagirdini-masin-vurdu
Oxunma sayı: 640

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Astara şəhərində Məmmədov Zülfüqar Azad oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə 2007-ci il təvəllüdlü Mirzəyeva Səbinə Rəsul qızını vurub. Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Hadisə nəticəsində həyatını itirən 6 yaşlı S.Mirzəyeva orta məktəbin 1-ci sinfində oxuyurmuş. Qəza məktəbli dərsdən evə gələrkən baş verib.

Faktla əlaqədar Astara RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.