Birinci vitse-prezident məktəbdə - Fotolar

birinci-vitse-prezident-mektebde
Oxunma sayı: 1548

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə də olub, uşaqlarla görüşüb, şagirdlərin təhsili ilə maraqlanıb.

“Qafqazinfo” xəbər verir ki, məktəbin direktoru Seyfəddin Mustafayev Birinci vitse-prezidentə məlumat verib.

Bildirilib ki, təhsil ocağı 2017-ci il sentyabrın 11-də əsaslı təmirdən sonra Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Qeyd olundu ki, məktəbin 23 sinif otağı var. Təhsil müəssisəsinin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub.  

Birinci vitse-prezident məktəbin musiqi sinfində şagirdlərin ifasını dinləyib.