Birinci xanım hovuza düşən itini boğulmaqdan qurtardı - Foto

birinci-xanim-hovuza-dusen-itini-bogulmaqdan-qurtardi
Oxunma sayı: 3553

Braziliya prezidenti Mişel Temerin xanımı Marsela Temer boğulmaq üzrə olan itini xilas edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident sarayının bağçasındakı hovuza düşən itin köməyinə birinci xanım yetişib. Oğlu Mişelzinho ilə bağçada gəzərkən Temer Pikoli adlı itinin hovuzda boğulduğunu görüb. Mühafizəçi hovuza girməkdən imtina etdiyindən Marsela özü suya atılaraq itini xilas edib.

Birinci xanımın Pikolidən başqa Thor adlı daha bir cins iti var. 

Nuranə