Birinci xanım məbədə geyindiyi ayaqqabıları ilə gündəm oldu - Fotolar

birinci-xanim-mebede-geyindiyi-ayaqqabilari-ile-gundem-oldu
Oxunma sayı: 5329

Fransanın 65 yaşlı birinci xanımı Bricit Makron Misir səfəri zamanı məbəd ziyarətinə geyindiyi geyimi ilə gündəm olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, prezident Emmanuel Makronun xanımı klassik stildə kostyum geyinsə də, libasını idman ayaqqabıları ilə tamamlayıb. Bir qrup sosial şəbəkə istifadəçisi Makronun stilini dəbdənkənar hesab edib, digərləri isə məbədə idman ayaqqabısı geyinməsini tənqid atəşinə tutub. 

Bricit Makronun ayaqqabıları sevimli brendi “Louis Vuitton”dan (835 dollar) olub.