Birinci xanım prezidentə ərə getmək istəməməsinin səbəbini açıqladı

birinci-xanim-prezidente-ere-getmek-istememesinin-sebebini-aciqladi
Oxunma sayı: 3712

Fransanın birinci xanımı Bricit Makron prezident Emmanuel Makronla ailə qurmasından danışıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Bricitlə Makron məktəbdə tanış olublar. 39 yaşlı qadın 15 yaşlı gələcək prezidentin müəlliməsi olub. Bricit həmin vaxt ailəli və 3 uşaq anası olub. Şagirdinin ona eşq elan etdiyini görən birinci xanım əvvəlcə bununla razılaşmaq istəməyib. Başlıca səbəb isə aralarındakı 25 yaş fərqi olub. Bununla belə, eşq yaşamağa başlayan Makronlar 2007-ci ildə münasibətlərini rəsmiləşdiriblər.

Bricit Emmanuellə evlənmək istəməməsinin səbəbini illər sonra onun öz uşaqlarının olmasını istəməsindən qorxduğu ilə əlaqələndirib. Bricitin uşaqlarının sözlərinə görə, Emmanuel Makron onların anası ilə evləndikdən sonra siyasi sahədə özünə daha çox inamı yaranıb. 

Qeyd edək ki, hazırda prezidentin uşağı yoxdur. O, xanımının uşaqlarını öz övladı kimi gördüyünü deyib.