Birinci xanım, qızı və nəvələri yeni il şənliyində

birinci-xanim-qizi-ve-neveleri-yeni-il-senliyinde
Oxunma sayı: 636

“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, şənliklərə gəlmək üçün Fond tərəfindən xüsusi avtobuslar ayrılıb.

Bu gün Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində iştirak ediblər.

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından və onlara qayğısından bəhs edən film göstərilmişdir.

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanmış “Qış nağılı” proqramı təqdim edilmişdir. Həmçinin müxtəlif uşaq qrupları və tanınmış ifaçıların çıxışları balaca tədbirin iştirakçılarında xoş ovqat yaradıb.

Şaxta babanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi uşaqların gurultulu alqışları ilə qarşılanmışdır. Şaxta baba və uşaqlar birlikdə yolkanın işıqlarını yandırıb.

Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını göstərmişlər. Rəqqaslara qoşulan, al-əlvan yolkanın ətrafında yallı gedən, məharətlərini göstərən, özlərini möcüzələr aləmində hiss edən uşaqların sevinci hədsiz idi. Körpələrin çöhrələrində bu gözəl bayramı onlara bəxş edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məhəbbət və minnətdarlıq hiss olunurdu.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və oğulları tədbirdə iştirak edən uşaqlarla yolkanın ətrafında şəkillər çəkdirmişlər.
Azərbaycanın birinci xanımı uşaqlara bayram münasibətilə təbrik etmişdir.

Mehriban xanım Əliyeva balacalarla xatirə şəkli çəkdirib.