Birinci xanım sevimli brendinin 2700 avroluq geyimində - Fotolar

birinci-xanim-sevimli-brendinin-2700-avroluq-geyiminde
Oxunma sayı: 5267

Ötən gün Polşa prezidenti Ancey Duda və xanımı Aqata Vaşinqtona rəsmi səfər ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezidentlə xanımı ameirkalı həmkarı Donald və Melaniya Trampla görüşüblər. Görüşdə ABŞ-ın birinci xanımının eleqant geyim tərzi diqqət çəkib.

Sevimli “Gucci” brendinə müraciət edən Melaniyanın paltonu xatırladan geyiminin qiyməti 2700 avrodur. Birinci xanım budəfəki seçimi ilə sosial şəbəkə izləyiciləri tərəfindən çox bəyənilib.