Birinci xanım türkiyəli müəlliməni mükafatlandırdı - Foto

birinci-xanim-turkiyeli-muellimeni-mukafatlandirdi
Oxunma sayı: 631

ABŞ türkiyəli müəllimə Səadət Özkanı mükafatlandırıb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, İzmir şəhərinin Menderes rayonunda iki öl öncə 6 və 11 yaşlarında olan 6 qız şagirdinə seksual xarakterli film izlətdirən və onları istismar edən məktəb direktoru Adil Ş.-nin həbs olunmasına səbəb olan müəllimə ABŞ XİN tərəfindən “Beynəlxalq Qadınlar Cəsərət Mükafatı”na layiq görülüb. 

O, mükafatı mərasimdə iştirak edən ABŞ-ın birinci xanımı Melaniya Tramp və dövlət katibinin siyasi məsələlər üzrə yardmçısı Tomas Şannondan alıb.