Birinci xanım yenə gündəmdə - 51 min dollarlıq palto geyindi + Fotolar

birinci-xanim-yene-gundemde
Oxunma sayı: 674

ABŞ prezidenti Donald Tramp və onun nümayəndə heyətinin ilk beynəlxalq turu artıq başa çatmaq üzrədir. Ağ Evin rəhbəri səfərinin son günlərində xanımı Melaniya Trampla İtaliyaya yollanaraq G7 liderlərinin sammitində iştirak edib.

“Qafqazinfo”nun “Tatler.ru”ya istinadən verdiyi məlumata görə, sammitdə Amerika liderinin çıxışından çox xanımının “Dolce & Gabbana” brendindən geyindiyi çiçəkli palto müzakirələrə səbəb olub. Belə ki, Melaniya Trampın brendin yeni kolleksiyasına daxil olan paltoya 51 min 500 dollar xərclədiyi məlum olub.