Birinci xanımın 2300 dollarlıq libası onlayn-mağazada satıldı - Fotolar

birinci-xanimin-2300-dollarliq-libasi-onlayn-magazada-satildi
Oxunma sayı: 640

ABŞ prezidenti Donald Tramp xanımı Melaniya, oğlu Berron, qızı İvanka və onun uşaqlarının müşayiəti ilə Nyu-Cersi ştatının Morristaun hava limanından Vaşinqtona uçub.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, uzun müddət sonra ictimaiyyət arasında görünən Melaniya “Delpozo” brendindən olan ağ-sarı tonlarda midi-libas geyinib. Onun dəyərinin 2300 dollar olduğu bildirilir.

Qeyd olunur ki, Melaniyanın bu libasla şəkilləri KİV-də yayıldıqdan sonra paltar qısa zaman ərzində onlayn-mağazada satılıb.