Birinciliyi rəsmiləşdirdilər

birinciliyi-resmilesdirdiler
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi xəbərə görə, lider “Qaradağ Lökbatan” mövsümdə ilk məğlubiyyətini alıb.

Buna baxmayaraq Qaradağ təmsilçisi birinci pilləni təmin edib. Belə ki, 2-ci sırada qərarlaşmış “Karvan” evdə “Neftçala”ya məğlub olaraq 3-cü pilləyə yuvarlanıb. Sona 4 tur qalmış itirilmiş xallara görə ən yaxın izləyicisini 13 xal qabaqlayan “Qaradağ Lökbatan” bununla birinci sıranı rəsmiləşdirib.

“Karvan” 0–1 “Neftçala”
(Kamal Ələkbərov, 90)

“Şahdağ” 1–0 “Qaradağ Lökbatan”
(Zahid Tayıbov, 84)

“Lokomotiv” 3–2 “Şəmkir”
(Vüqar Mustafayev, 24; Adil İbrahimli, 56; 62 // Ruslan Rüstəmov, 33; 39)

Ceyhun Əhmədov