“Birlik Kuboku” Azərbaycanda keçirilə bilər

“Birlik Kuboku” Azərbaycanda keçirilə bilər
Oxunma sayı: 734

Futbol üzrə "Birlik Kuboku" turniri Azərbaycanda keçirilə bilər.

Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko Vitali Mutko məlumat verib. O, turnirin Azərbaycanda keçirilməsi variantı da olduğunu bildirib:

"Mümkündür ki, Birlik Kubokunun yeni məkanı Soçidəki "Fişt" stadionu olsun. Bundan əlavə, turnirin Azərbaycana keçirilmə variantı da mövcuddur. AFFA-dakı həmkarlarımızdan həm kommersiya, həm də təşkilati baxımdan çox maraqlı təklif almışıq. Hazırda Azərbaycanda futbola və ümumilikdə idmana maraq çox yüksək səviyyədədir".

Mutko sözügedən yarışın bərpası ilə bağlı bu yaxınlarda UEFA prezidenti Aleksandr Çeferinlə müzakirələrin olduğunu söyləyib:

"Hazırda hadisələrin inkişafının bir neçə variantı var. Biz MDB ölkələrinin top-klublarının iştirakı ilə formata qayıtmaq, manejlərdən təbii meydanlara keçmək istəyirik. Turnirin tarixən yanvarda keçirildiyini nəzərə alsaq, yarış cənuba üz tutmalıdır".

Qeyd edək ki, keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə “Birlik kuboku” yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnirə gənclərdən ibarət milli komandalar qatılıb. Ötən il isə RFİ prezidenti bu yarışın bir daha keçirilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycan klubları 3 dəfə “Birlik kuboku”nun qalibi adını qazanıb. 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “Xəzər Lənkəran”, 2011-ci ildə isə “İnter” yarışda birinci olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi