İş adamı otağında güllələndi

is-adami-otaginda-gullelendi
Oxunma sayı: 690

“Qafqazinfo”nun ANS PRESS-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Hadisə saat 12:30 radələrində qeydə alınıb. Qətlə yetirilən “Azər-Ross İK” MTK-nın təsisçisi Əflatun Yasin oğlu Piriyevdir. O, güllə yarasından keçinib. Yaralanan isə şirkətin baş mühasibi, 1944-cü il təvəllüdlü, Naxçıvan şəhər sakini Əmiraslan Allahverdi oğlu Əhmədovdur. O, qarın nahiyəsindən güllə yarası alıb.

Hazırda Nərimanov rayon polis idarəsi, prokurorluq əməkdaşları, Bakı Şəhər Baş prokurorluğunun yüksək rütbəli nümayəndələri hadisə yerində araşdırma aparırlar. Hadisəni törədən şəxsin və ya şəxslərin kimliyi araşdırılır.