İş adamının evində müdhiş cinayət

is-adaminin-evinde-mudhis-cinayet
Oxunma sayı: 691

Rayon Polis şöbəsindən verilən məlumata görə, ev sahibi, Səba-broyler müəssisəsinin məhsullarının satışını həyata keçirən Rasim Cəfərquliyevin “102” xidmətinə faktla bağlı verdiyi məlumat əsasında Abşeron rayon Polis Şöbəsində yaradılmış əməliyyat istintaq qrupu quldurluğu həyata keçirilən dəstə üzvlərinin axtarışa çıxıb. İlk ələ keçən dəstənin başçısı və işin sifarişçisi olub. Cinayətin təşkilatçısı və iştirakçısı Azər Rəhimov tutulandan sonra digər şəxslərin izinə düşülüb və Xocahəsən kəndində yaşayan Məhəmməd İsmayılov, Nicat Səfərov, Kəmaləddin Quliyev, Ədalət Yaqubov, Rəhman Yaqubov tutulub.

Məlum olub ki, dəstə başçısı Azər Rəhimov əvvəllər ev sahibinin yanında çalışırmış. Ət və kolbasa məhsullarının satışı ilə məşğul olan firmada çalışan Rasim Cəfərquliyevə 9 min 200 manat borcu olan Azər borcunu elə onun evindən oğurluq etməklə ödəmək istəyib. Digər altı nəfəri də işə cəlb edərkən xeyli miqdarda pul əldə edəcəklərinə söz verib. O, dəstə üzvlərinə evdə 50 min manat pul olduğunu desə də, o qədər pul çıxmayıb. Onlar evdən 10000 manat pul götürə biliblər.

Öz çirkin niyyətlərini həyat keçirən zaman dəstə üzvləri ev sahiblərin qarşı zor tətbiq etməkdən belə çəkinməyiblər. Evdə olan azyaşlı uşağın da əl-qolunu bağlayıblar. Dəstə üzvləri cinayəti törətmək üçün “Range Rover2 markalı avtomobil də kirayələyiblər. Sonra Azər Range Rover markalı avtomobili kirayə götürərək hadisə yerinə yollanıblar.

“Girəcəyimiz evin qarısına gəldik. Üç nəfər bir, 3 nəfər isə bir otağa girdik. Taxta ilə Rasimi qardaşı Emin Cəfərquliyevi tutub dedik ki, bizə pul lazımdı. Pulun yerini deyin çıxıb gedək” deyə həbs edilən Azər Rəhimov cinayəti necə törətdiyini belə danışıb.

Onu da əlavə edək ki, dəstənin sonuncu üzvü olan Bakı şəhər sakini Emin Ağayev Xırdalan şəhərində Abşeron Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Abşeron rayon polis şöbəsində Cinayət Məcəlləsinin quldurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb.