İş adamları prezidentdən kömək istəyir

is-adamlari-prezidentden-komek-isteyir
Oxunma sayı: 657

Müəsissənin həmtəsisçisi Nazim Məmmədov “Azadlıq Radiosu”na deyib ki, “Baku Steel Company”nin nümayəndəsi Rasim Məmmədovun dövlətin adından danışması qanuna ziddir: “O, sahibkarlarla görüşdə deyir ki, bu işi dövlət səviyyəsində görürlər və tapşırıq yuxarıdan verilib. Özəl müəssisə olan “Baku Steel Company” digər 21 özəl şirkəti hədələyir ki, fəaliyyətinizi dayandırın. Özü də bu şirkət dövlətin, dövlət başçısının adından danışaraq bu addımları atır. Buna nəhayət aydınlıq gətirilməlidir ki, bilək doğurdanmı bu iş ən yuxarı səviyyədə verilən tapşırıqdır, ya yox? Dövlətin atdığı addımdırsa, onda adıçəkilən şirkət bizə 5 milyon manat təzminat ödəməlidir. Yox belə deyilsə, onda dövlət başçısı adından danışan və özəl müəssisələrə qoçu dəstələri göndərən Rasim Məmmədov haqqında cinayət işi açılmalıdır”

Nazim Məmmədov hesab edir ki, bu məsələlərin qaranlıq qalması sahibkarlar arasında dövlətə inamsızlıq mühiti yarada, onlara ölkə daxilində sərmayə qoymaq istəyinin qarşısını ala bilər. “Baku Steel Company”nin icraçı direktoru kimi təqdim olunan Rasim Məmmədov isə “Azadlıq Radiosu”na müsahibəsində onun zavodlara qoçu dəstələri yollaması haqda iddiaları təkzib edib.

İyulun 19-dan başlayaraq Bakı və ətraf qəsəbələrdəki metal zavodlarına hücum edən mülki geyimlilərin “Baku Steel Company”nin rəhbərliyi adından danışaraq müəssisələrə fəaliyyətlərini dayandırmaq göstərişi verirlər.

İndiyə qədər 20-dən artıq müəssisənin fəailiyyətinin bu yolla dayandırıldığı bildirilir.

Onlardan ikisinin – “Şəhriyar -99” MMC və “R.A.N.K” MMC-nin fəaliyyəti dayandırılmaqla yanaşı, əmlakının da bir hissəsi əllərindən alınıb. /Bizim Yol/