İsa Qəmbər prezident seçkilərində iştirak etməyi düşünür

isa-qember-prezident-seckilerinde-istirak-etmeyi-dusunur
Oxunma sayı: 655

“Qafqazinfo” xəbər verir ki, o “Mediaforum” saytına müsahibəsində bu seçkilərdə iştirak etmək barədə düşündüyünü bildirib: “2013-cü ilə hələ xeyli vaxt var, yaşayarıq, görərik. Təbii ki, iki il sonra ölkədə prezident seçkisi keçiriləcəyini nəzərə alırıq. Amma hələlik bu məsələ haqda danışmağın zamanı deyil”.
İ. Qəmbər həmçinin Müsavat Partiyasının başqanlığı barədə də fikirlərini deyib. O bildirib ki, istənilən halda növbəti qurultayda partiya başqanlığından gedəcək: “Müsavat Partiyasının üzvləri kifayət qədər təcrübəli, məsuliyyətli, düşünən insanlardır. Onlar bilirlər ki, partiyanın nizamnaməsindəki bu müddəa demokratiyaya xidmət edir. Eyni zamanda bilirlər ki, bu dəyişiklik zamanında mənim təkliflimlə qəbul olunub. Və mənim indiki mövqeyimi də bilirlər”.