İsa Qəmbər: qalsın, qalmasın?

isa-qember-qalsin-qalmasin
Oxunma sayı: 656

Bu barədə Müsavat Partiyası Divanının üzvü, tanınmış vəkil Osman Kazımov “Yeni Müsavat”a açıqlamasında bildirdi.

İsa Qəmbərin başqanlıqda qalmasının əsas tərəfdarlarından biri olduğunu vurğulayan Osman Kazımov nədənsə mətbuatda onun barəsində tamamilə əks informasiyanın yayıldığını söylədi: “Ola bilsin ki, ya anlaşılmamazlıqdan, ya da məlumatsızlıqdan belə fikirlər dərc olunub. Mən İsa Qəmbərin başqan qalmasını istəyirəm. Sadəcə Nizamnamənin dəyişdirilməsinə razı deyiləm. İsa bəyin başqan qalmasını təmin etmək Nizamnamə dəyişikliyi olmadan da mümkündür. Elə variant seçilə bilər ki, Nizamnamə pozulmadan İsa Qəmbərin başqanlığı davam etsin. Mən məhz bunun tərəfdarıyam. Bunu reallaşdırmaq üçünsə müxtəlif variantlar var. İndi o variantların hamısını açmaq doğru deyil. Elə şeylər var ki, hələ yazmaq olmaz və açıqlamaq olmaz”.

“İsa Qəmbər başqanlıqda qalmayacağı halda Siz namizədliyinizi irəli sürə bilərsinizmi”, sualına Osman Kazımov belə cavab verdi: “Mən başqanlığa namizədliyimi verməyəcəyəm”.