İsa Qəmbər qurultayda çıxış etdi

isa-qember-qurultayda-cixis-etdi
Oxunma sayı: 648

İ.Qəmbər yanvarın 29-da Ankarada Böyük Birlik Partiyasının qurultayında çıxış edib. Bu barədə “Yeni Müsavat”a Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verdi.

G.Aslanlı dedi ki, partiya başqanı çıxışı zamanı diqqəti Fransa parlamentinin qərarından sonra Türkiyənin düşdüyü duruma yönəldib: “Müsavat başqanı bir daha bildirib ki, bu məsələdə Azərbaycan xalqı türk xalqının yanındadır. Azərbaycan hakimiyyəti də Türkiyə dövlətinin yanında olmalıdır. İsa Qəmbər tezliklə Azərbaycan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurasının bu məsələ ilə bağlı iclasının keçirilməsinin, orada birgə qərarlar qəbul edilib icraya yönəldilməsinin zəruriliyini qeyd edib”.
İsa Qəmbərin Türkiyənin siyasi partiya liderləri, ictimai təşkilatlar və media ilə bir sıra görüşləri də nəzərdə tutulub.