İsa Qəmbər Türkiyədə azərbaycanlı gənclərlə görüşdü

isa-qember-turkiyede-azerbaycanli-genclerle-gorusdu
Oxunma sayı: 723

“Qafqazinfo”nun məlumatına görə, Müsavat başqanı İstanbulda azərbaycanlı gənclərlə görüşüb. Görüşdə gənclərin Türkiyədəki fəaliyyəti, Azərbaycandakı ictimai-siyasi durum söhbət mövzusu olub.
Xatırladaq ki, İsa Qəmbər İstanbulda keçirilən “21-ci yüz ildə Türkiyənin Təhlükəsizliyi: yerləşik sturukturlar, yeni fürsətlər ve sorunlar” mövzusunda keçiriləcək beynəlxalq konfransa dəvət olunub. Konfrans 14-15 oktyabrda “Kadir Has” universitetində keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən tanınmış dövlət və siyasət adamlarının qatılacağı tədbirdə Müsavat başqanının məruzə ilə çıxış edəcəyi gözlənilir. Bu konfransda məruzə edəcək yeganə azərbaycanlı da Müsavat başqanıdır. İsa Qəmbərin məruzəsinin mövzusu artıq konfransın proqramına da salınıb.