İsa Qəmbərə “yox” dedilər

isa-qembere-yox-dediler
Oxunma sayı: 718


187 dəfə səs verilmiş sorğuda nəticələr belə olub:

Bəli – 42.25%

Xeyr – 57.75%.

Səsvermədə iştirak etmiş hər bir şəxsə təşəkkürünü bildirən “Media forum” saytı xüsusi qeyd edir ki, internet sorğusunda sosioloji parametrləri gözləmək mümkün olmadığından və bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün tətbiq edilən texniki məhdudiyyətlər şərti xarakter daşıdığından bu tipli sorğuların nəticələri həqiqi ictimai rəylə üst-üstə düşməyə bilər.

Sayt diqqətə çatdırır ki, bu sorğu nəticələrinin onun xüsusi qeyd hissəsi olmadan dərc edilməsi, yayılması və ya başqa formada istifadəsi yolverilməzdir.

Martda Müsavatın qurultayı keçirilməli, partiyaya yeni başqan seçilməlidir. 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır – 1992-ci ildən başqan olan İsa Qəmbərin yenidən bu posta seçilmək hüququ yoxdur.

Bəzi müsavatçılar nizamnaməyə salınmış qadağanın götürülməsini, İsa Qəmbərin başqanlıq seçkisinə qatılmasını istəyirlər.