İsa Qəmbərin əleyhinə səs verənlərin adları məlum oldu

isa-qemberin-eleyhine-ses-verenlerin-adlari-melum-oldu
Oxunma sayı: 684

Bunu Nərmin İsmayıl adlı istifadəçi yayıb. Nərmin xanımın paylaşımını olduğu kimi təqdim edirik.

“Cəbhəçilərin böyük dərdi İctimai Palatada Əli Kərimlinin zəif göstərici göstərməsi deyil, İsa Qəmbərin müxalifətin hamısı tərəfindən qeyd-şərtsiz qəbul edilməsidir. İctimai Palatada İsa bəyin əleyhinə səs verənlər aşağıdakılardır:

1. Fuad Qəhrəmanlı.
2. Əbülfəz Qurbanlı
3. Asif Yusifli
4. Məmməd İbrahim
5. Natiq Adilov
6. Elçin Rüstəmli
7. İbrahim İbrahimli
8. Rahim Hacıyev
9. Asəf Quliyev
10. Qələndər Muxtarlı

Göründüyü kimi İsa bəyin əleyhinə səs verənlərin 8-i AXCP rəhbərliyində yer alır. Bu da AXCP-nin 2013-cü il Prezident Seçkilərinə qədər İsa Qəmbəri sıradan çıxarmaq cəhdlərindən biridir. Fəqət bomba öz əlində partlayan AXCP sədri bu seçkilərdən sonra (halbuki İP-də gücünü göstərmək üçün bu seçkini o tələb etmişdi) çıxılmaz vəziyyətə düşüb. AXCP daxilində Razi Nurullayev kimi intellektlər bu mini seçkidən sonra hesab edirlər ki, xalqın İsa Qəmbərə münasibəti daha yaxşı olduğundan onun başqanlıqdan gedərək, ümummüxalifət lideri olması məqsədəuyğundur. İsa bəy İP-də bütün partiyaları öz liderliyi altında birləşdirərək rejimə qarşı mübarizə aparsın. Ancaq Fuad Qəhrəmanlı və klassik yurdçular bu ideyaya düşməncəsinə yanaşırlar”.

***

“Qafqazinfo” qeyd etməyi vacib sayır ki, Nərmin İsmayıl adlı “Facebook” istifadəçisinin paylaşdığı bu informasiyanın nə qədər dəqiq olub-olmadığına əmin deyil. Belə ki, İctimai Palatada səsvermə gizli keçirilib. Digər bir tərəfdən isə İbrahim İbrahimlinin adı da bu siyahıda yer alıb. İ. İbrahimlinin İ. Qəmbərin əleyhinə səs verməsi isə həqiqətəuyğun deyil. Çünki İ. İbrahimlinin şəxsiyyət vəsiqəsi üzərində olmadığından o ümumiyyətlə səsvermədə iştirak edə bilməyib.