İsa Qəmbərlə Sərdar Cəlaloğlunun sözü niyə çəp gəldi?

isa-qemberle-serdar-celaloglunun-sozu-niye-cep-geldi-
Oxunma sayı: 686

Əldə etdiymiz məlumata görə görüş bitdikdən sonra da partiya sədrləri söhbətlərini davam etdiriblər. İsa Qəmbər Sərdar Cəlaloğlunun səhv yolda olduğunu bildirib.
Sərdar Cəlaloğlu «Bizim Yol»a açıqlamasında xəbəri qiymən təsdiqləyib: «Bəzi liderlər var ki, belə görüşlərdə istənilən partiya sədrinin danışığına müdaxilə edirlər, dediyi fikirləri şərh edir və ya bu fikirlərlə razılaşıb-razılaşmadıqlarını bildirirlər. Hansı ki, bu barədə onlardan heç nə soruşan yoxdur. Bu görüşlərdən sonra gəldiyim qənaət belədir ki, bəzi müxalif liderləri Azərbaycanın mövqeyinin keyfiyyətli müdafiəsi ilə məşğul ola bilmirlər. Əsasən ikinci və üçüncü dərəcəli məsələləri qabardırlar. 20-25 dəqiqəlik görüş vaxtını boş şeylər danışmaqla, lətifə, tarix söyləməklə başa vururlar.
Görüş zamanı Avropa Birliyinin nümayəndəsi dedi ki, neft və qaz ixrac edən ölkələrdə vətəndaşların özlərinə başqa məşğuliyyət tapması qanunauyğunluqdur. Məndə cavab verdim ki, Yaxın Şərq hadisələri göstərir ki, belə neft-qaz layihələrindən sonra vətəndaşlar gedib yaxşı məşğuliyyət tapırlar, terrorizm ona görə inkişaf edir ki, insanların əksəriyyəti normal yollarla hüquq və azadlıqlarını təmin edə bilmirlər. Bu zaman İsa Qəmbər qəfildən mənim sözümü kəsdi ki, bəs Azərbaycanda terrorizm inkişaf etməyəcək. Məndə dedim ki, azərbaycanlılar Çeçenistanda, Bin Ladenin yanında terrorist kimi çıxış edirlər. Həm də bizim məhkəmələr hərbi qruplaşmalar adı altında çoxlu sayda qrupları həbs edib. Əslində bunlar ona görə, yaranır ki, vətəndaşlar öz ölkəsində iş tapmır, sosial-siyasi hüquqlarını təmin edə bilmir və arzuedilməz proseslərə qoşulur. İsa Qəmbərdə sübut etmək istəyirdi ki, bizim xalq bu gündə nə qədər qalırsa-qalsın Azərbaycan xalqı heç bir reaksiya verməyəcək. Mən bu mövqeyi anlamıram”-deyə ADP sədri vurğuladı.