İşğal olunmuş torpaqlarımızda yeni şəhər inşa olunur- Baqaran

isgal-olunmus-torpaqlarimizda-yeni-seher-insa-olunur-baqaran
Oxunma sayı: 681

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Azərbaycandan köçüb gedən ermənilərin təşkilatı yeni yaradılacaq şəhərin Baqaran adlandırılacağını elan edib. “Azərbaycan SSRİ-dən gəlmiş erməni qaçqınları konqresinin idarə heyətinin üzvü Mariam Avaqyan jurnalistlərə açıqlama verərək, yeni şəhərin “sülhün simvolu” olacağını deyib: “Biz ümid edirik ki, bizim şəhər Bakıdan da gözəl olacaq və biz bu şəhərdə erməni icmasını bərpa edə bilərik. Ümid edirik ki, bu, azad iqtisadi zona olacaq və ən vacibi sülhün simvoluna çevriləcək. Baqaran region xalqlarının dialoq mərkəzi olmalıdır”.

Onun sözlərinə görə, artıq yeni şəhərin layihəsi hazırdır. Gənclər şəhəri olacaq bu şəhər 100 minlik əhali üçün nəzərdə tutulub.
Şəhərin əsas maliyyə mənbələri isə dünyanın müxtəlif ölkələrində yaşayan biznesmen erməniləridir. Avaqyanın sözlərinə görə, əsas problem ondan ibarətdir ki, yeni yaradılacaq şəhərdə əhalini işlə təmin edəcək yeni iş yerlərinin yaradılması və qonşu ölkələrlə əlaqələrin yaradılmasıdır.


Səidə