İsgəndər Cavadov Foqtusu biabır elədi

isgender-cavadov-foqtusu-biabir-eledi
Oxunma sayı: 667

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində veteran futbolçu İsgəndər Cavadov DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasını şərh edərkən bildirib.

O, millimizin baş məşqçisi Berti Foqtsun qrupdan çıxa bilmək şanslarımızın olmaması barədə dediklərinə də münasitini açıqlayıb. Bildirib ki, əgər baş məşqçi belə bədbin danışırsa, deməli, bu adamın fikri başqadır: «Foqts üç ildi, Azərbaycan futbolunu barmağına sarıyıb. Hər dəfə bir söz ataraq düşdüyü pis vəziyyətdən çıxmağa çalışır. Heç bir baş məşqçi futbolçularını ruhdan salan bu cür açıqlama verməməlidir. Mən belə başa düşürəm ki, onun başqa məqsədi var. Əgər bacarmırsa, qoy, çıxıb getsin ki, yerinə başqasını gətirək. Ümumiyyətlə, onu yola salmağın vaxtı çoxdan çatıb».

Növbəti seçmə mərhələdə millimizi başqa mütəxəssisin çalışdırmasıyla bağlı suala cavab olaraq İ.Cavadov bunları deyib: «Bu, AFFA-nın səlahiyyətinə aid məsələdəir. Ancaq şəxsən mən onun burda qalaraq boş yerə xalqımızı aldatmağının tərafdarı deyiləm. Xaricdən əcnəbi məşqçinin gətirilməsinə qarşı çıxmıram, onsuz da bütün dünya əcnəbilərlə işləyir. İlk olaraq şərait yaratmaqla bərabər, çempionatın səviyyəsini qaldırmağa da çalışmaq lazımdır. Foqtsun burada boş yerə qalmasına lüzum yoxdur»