İsgəndərovların obyektlərinin söküntüsünə başlanıldı

isgenderovlarin-obyektlerinin-sokuntusune-baslanildi
Oxunma sayı: 646

Şəhər icra hakimiyyəti isə sənədlərin qaydasında olmadığını əsas gətirərək İ.İsgəndərovun qardaşı Zaman İsgəndərova məxsus “Cavid” ticarət mərkəzinin sökülməsi barədə tapşırıq verib. Əldə etdiyimiz məlumata görə, ticarət mərkəzinin yerində Bayraq meydanının tikintisi planlaşdırılır. Söküntüsü barədə əmr verilən digər bir obyekt isə Sülh küçəsində yerləşən keçmiş müavinin oğlu Rüfət İsgəndərov məxsus “Eqzotika” bar-restoranıdır.

Verilən məlumata görə, iki mərtəbədən ibarət olan bar-restoranın 1-ci mərtəbəsi çayxana, ikinci mərtəbəsi isə bar kimi fəaliyyət göstərir. Bar əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyindən sakinlərin narazılığı nəzərə alınaraq onu bağlasalar da sonradan açıblar. Lakin atasının vəzifədən azad olunmasından sonra obyektin sökülməsi barədə tapşırıq verilib.

Baş verənlərlə bağlı İsgəndərovlardan “Qafqazinfo”ya açıqlama gəlib. Onlar mətbuatda yayılan bu xarakterli məlumatların həqiqətə uyğun olmadığını, heç bir obyekt söküntüsündən və işdən çıxarılmadan söhbət getmədiyini bildiriblər.

Səidə