İslam əleyhinə çirkin kampaniya - Fotolar

islam-eleyhine-cirkin-kampaniya-fotolar
Oxunma sayı: 644

Belçikada radikal sağ partiya olan Vlaams Belangın lideri Filip Dewinter yeni kampaniyaya başlayıb. “Qafqazinfo” xəbər verir ki, partiyanın “Qadınlar İslamlaşmağa Qarşı” kampaniyası çərçivəsində o öz qızı An-Sofie Dewinterin bikini və çadralı poza verdiyi bir plakat hazırladıb. Seçki kampaniyasında istifadə olunan plakatda “Azadlıqmı, İslammı, Siz seçin” şüarı yazılıb. Bu plakatın müsəlmanların qəzəbinə səbəb olacağı bildirilir.