İslamı seçən məşhurlar- Fotosessiya

islami-secen-meshurlar-fotosessiya
Oxunma sayı: 799

Caz, funk və rep dünyasının ulduzları və çox sayda kino aktyoru həyatlarında yaşadıqları travmalardan sonra qəlb aramlığını və dincliklərini İslamda tapıblar. “Qafqazinfo”nun təqdim etdiyi bu siyahıda həmin məşhur sənətçilərin İslam cəmiyyətlərinin sədrliyinə qədər yüksələnləri də var. Müsəlman olan məşhur ulduzların kiçik siyahısını hazırladıq. Baxaq görək, kim nə vaxt və hansı şərtlərdə İslamiyyəti seçib?

Cat Stevens 1977-ci ildə müsəlman olub və adını Yusuf İslama dəyişib.
David Şapel - komediya aktyoru, 1998-ci ildə müsəlmanlığı seçib.
Gigi Gryce - musiqiçi, nəfəsli musiqi alətləri ifaçısı, 1950-ci illərin ortasında müsəlman olub və Bəşər Qasim adını alıb.
Angelina Yeoward (Gövhər Can) - musiqiçi, vokalist. 1881-ci ildə İslam ilə tanış olub.
Levis Arquette – aktyor. Həyat yoldaşını itirdikdən bir qədər sonra 1997-ci ildə İslamı qəbul edib.

Vincenzo Luvineri - rep musiqiçisi, “Jedi Mind Tricks” qrupunun üzvü ikən müsəlman olub.
Əhməd Camal - caz musiqiçisi, əsl adı Fridrix Rassel Jones olan Əhməd Camal 1952-ci ildə İslam dinini seçib.
Jermaine Jackson – musiqiçi, Michael Jacksonun qardaşı olan Jermaine 1989-ci ildə Bahreynə səfərindən sonra müsəlman olaraq yaşamağa qərar verib.