İslamı təhqir edən deputat istefa verdi

islami-tehqir-eden-deputat-istefa-verdi
Oxunma sayı: 653

Finlandiyada tanınmış deputatlardan biri müsəlmanlara qarşı təhqirlərinə görə parlamentdəki vəzifəsindən istefa vermək məcburiyyətindən qalıb. Müxalif Fin partiyasından olan Yussi-Halla-Aho ölkə parlamentində miqrasiya və dövlət təhlükəsizliyi məsələləri ilə bağlı komitəyə sədrlik edib. Deputatın istefası tələbi Ali məhkəmənin ötən həftə Halla-Ahoya qarşı çıxardığı qərardan sonra gəlib.

Qeyd edək ki, deputat 2008-ci ildə şəxsi bloqunda “İslamı” anlayışını pedofiliya ilə, Somalini isə qarətlə əlaqələndirdiyi üçün məhkəmə tərəfindən cərimələnib. Fin partiyasının rəyasət heyəti belə qərara gəlib ki, dini və irqi təhqirlər etmiş deputat sədrlikdən könüllü şəkildə getməlidir. O parlamentdə mandatını saxlamasına baxmayaraq, sədrlikdən istefa tələbini yerinə yetirib.

“Bu mənə qarşı düşüncəsiz bir hərəkət olsa da, başqaları tərəfindən yaradılmış sirki böyütmək fikrim yoxdur” deyə istefa vermiş deputat saytda qərarını şərh edib.

Xatırladaq ki, son vaxtlar Avropa maliyyə yardımlarına qarşı çıxışları ilə böyük nüfuz qazanmış Fin Partiyasında bu kimi insident birinci dəfə baş vermir. Bundan əvvəl partiyanın Ceymz Hirvisari adlı deputatı Müsəlmanlar Finlandiyaya zorakılıq gətirir ifadəsinə görə cərimələnmişdi.

Ötən il isə partiyadan olan digər bir üzv qara dərili insanları təhqir etdiyi və onlayn videoda “Azan”ı lağa qoyduğu üçün cəza almışdı.

anspress