İspaniya - əzə-əzə çempion!

ispaniya-eze-eze-cempion
Oxunma sayı: 670

“Qafqazinfo”nun verdiyi məlumata görə, həlledici qarşılaşmada İspaniya ilə İtaliya yığmaları üz-üzə gəlib.

Oyunboyu rəqibindən üstün olan “buğalar” bunu hesabda da əks etdirə bilib. İlk hissədə David Silva və Xordi Albanın qollarına sevinən son çempion oyunun sonlarında daha 2 dəfə fərqlənib. Fernando Torres və Xuan Mata italyanları biabır edən hesabın altına imza atıb – 4:0.
Beləliklə, İspaniya yığması tarixində 3-cü dəfə Avropa çempionu adını qazanıb.

Avro 2012
Final
İspaniya – İtaliya - 4:0
Qollar: Silva. 14, Alba, 41, Torres, 84, Mata, 88
Baş hakim: Pedro Proensa (Portuqaliya)
Kiyev. “Olimpiyski” stadionu

İspaniya: Kasilyas, Arbeloa, Pike, Ramos, Alba, Xavi, Buskets, Xabi Alonso, Silva, Fabreqas, İnyesta

İtaliya: Buffon, Abate, Barzalyi, Bonuççi, Kyellini, Pirlo, Markizio, Montolivo, de Rossi, Balotelli, Kassano.


Qeyd edək ki, “Qafqazinfo”nun “Bu komandalardan hansı çempion olacaq?” sorğusunda İtaliya daha çox səs toplamışdı:

İspaniya (331)
İtaliya (361)

Səsvermədə 692 nəfər iştirak etmişdi.


Ceyhun Əhmədov