İsrail “Eurovision 2012” mahnısını təqdim etdi

israil-eurovision-2012-mahnisini-teqdim-etdi-
Oxunma sayı: 703

“Qafqazinfo”nun eurovision.az saytına istinadən məlumatına görə, İsrailin Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi "İzabo" qrupunun Bakı səhnəsində ifa edəcəyi “Time” mahnısı təqdim olunub. Eurovision.az saytı xəbər verir ki, "Time" mahnısı pop və oriyental tərzdədir. Mahnı ingilis və ivrit dillərində ifa olunur.
"İzabo" rok qrupudur və 1989-cu ildə yaradılıb. Qrup 4 musiqiçidən: Ran Şem-Tov (vokal və gitara), Şiri Hadar (keyboards), Conatan Levi (bas gitara) və Nir Mantzurdan (zərb alətləri) ibarətdir. "İzabo"nun solo ifaçısı Ran Shev Tom Eurovision Mahnı Müsabiqəsində təmsilçilik şansı qazanmalarından qürurlandıqlarını deyib.
İsrail təmsilçisi Bakı səhnəsində mayın 22-də keçiriləcək birinci yarımfinalda çıxış edəcək.