İsrail İrana təkbaşına hücum edəcək

israil-irana-tekbasina-hucum-edecek
Oxunma sayı: 641

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, bir saata planlaşdırılan danışıqlar təxminən iki saat çəkib.
Görüşdən sonra Barak Obama bildirib ki, İran məsələsində qarşılıqlı razılıq üçün anlaşılıb. Rusiya mətbuatı yazır ki, Medvedev İranı “ərköyünləşdirməyəcəyi” üçün Obamaya söz verib. İran BMT Təhlükəsizlik Şurasının veto qərarına güvəndiyi xəbər verilir. Rusiyadan başqa bütün üzv olan ölkələr Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (MAQATE) hesabatından sonra bütün üzvlər Tehranın əleyhinə dönüb.

İngiltərənin “Daily Telegraph” qəzeti ABŞ rəhbərliyinin keçən ay İsraildən İrana təkbaşına hücum etməməklə bağlı zəmanət istədiyini yazıb. Xəbərə görə, İsrail rəsmiləri belə bir zəmanət verə bilməyəcəklərini söyləyblər. Qəzet İsrailin gələn ilin yayında İrana hücum edə biləcəyini qeyd edib.

İsrailin Baş naziri Binyamin Netanyau isə son hesabatın İranın sistematik olaraq nüvə silahını əldə etməyi inkişaf etdirdiyini deyib. Netanyahu bildirib ki, dünya dövlələri İranın nüvə silahını əldə etmək barədə yarışını dayandırmalıdır.