İsrail prezidenti İlham Əliyevə təşəkkür etdi

israil-prezidenti-ilham-eliyeve-tesekkur-etdi
Oxunma sayı: 638

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail prezidentinin mətbuat xidməti məlumat yayıb. Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində prezident İlham Əliyevlə görüşən Şimon Peres İsrail vətəndaşlarının həyatını xilas etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Buna cavab olaraq Azərbaycan prezidenti qeyd edib ki, Azərbaycan özünü və etnik və dini mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşlarını müdafiə etmək gücündə olduğunu sübut edib. Azərbaycan prezidenti İsraillə bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcəyini bildirib.

Qeyd edək ki, ötən həftə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakıda xarici vətəndaşlara qarşı törədilməsi planlaşdırılan terror aktının qarşısının alınması barədə məlumat yayıb.