İsraildə yüzminlər ayağa qalxdı

israilde-yuzminler-ayaga-qalxdi
Oxunma sayı: 673


İsraili narazılıq dalğası bürüyüb. 450 minə yaxın İsrail vətəndaşı ölkədə kütləvi nümayişlərə başlayıb. “Milyonların marşı” adlandırılan etiraz aksiyasının əsas tələbi yüksək qiymətlərə və sosial ədalətsizliyə son qoyulması, vergilərin və yaşayış xərclərinin azaldılması, pulsuz təhsilin təmin edilməsi olub. Etirazçılar bundan başqa orta təbəqənin güzəranının yaxşılaşdırılması üçün hökuməti müvafiq tədbirlər görməyə çağırıb.

Ən iri nümayişlər Təl-Əviv, Qüds və Hayfa şəhərlərində keçirilib. Kütləvi etirazlara cavab olaraq hökumət xüsusi komissiya yaradılacağına və lazım gələrsə, iqtisadi islahatların aparılacağına söz verib.