İsraillilər fələstinliləri soyundurmaq istədi

israilliler-felestinlileri-soyundurmaq-istedi
Oxunma sayı: 639

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, əsgərlər fələstinli məhkumları soyunduraraq yoxlama aparmaq istəyiblər, nəticədə onlar arasında qarşıdurma yaranıb. Qarşıdurma nəticəsində 8 nəfər ağır yaralanıb. Bu barədə Fələstinin “Wafa” xəbər agentliyinə Fələstin əsirlər naziri İsa Karaki bildirib.

Onun sözlərinə görə, qarşıdurma 2 saata yaxın davam edib: “İsrail əsgərləri göz yaşardıcı qazlardan istifadə edərək məhkumları sakitləşdirə biliblər. Əsirlərdən bir çoxu xəsarət alıb. Daha sonra onlar tək nəfərlik hücrələrə qapadılaraq işıq və sudan məhrum ediliblər”.