İstanbul-Bakı aviareysləri növbəti dəfə ləğv edildi

istanbul-baki-aviareysleri-novbeti-defe-legv-edildi
Oxunma sayı: 662

“Turkish Airlines” şirkətinin həyata keçirdiyi İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri ləğv edilib. Bu barədə Heydər Əliyev beynəlxalq aeroportundan məlumat verilib. Cədvələ görə, İstanbul-Bakı reysinin təyyarəsi paytaxta yerli vaxtla saat 01:35-də gəlməli, Bakıdan isə saat 08:00-də uçmalıydı. Aeroportdan bildirilib ki, reyslər İstanbulda pis hava şəraiti səbəbindən ləğv edilib. Eyni səbəbə görə, Bakıya saat 04:10-da gəlməli olan reysin İstanbuldan uçması təxirə salınıb.

Xatırladaq ki, bir neçə gündür ki, Türkiyə ərazisində pis hava şəraiti və güclü qar müşahidə olunur ki, bu da çoxlu sayda reysin təxirə salınmasına gətirib çıxarıb.

anspress