İstanbul nəhəngləri komandalarımıza şans vermədi

istanbul-nehengleri-komandalarimiza-sans-vermedi
Oxunma sayı: 662

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Azərbaycan təmsilçiləri “Rabitə” və “Azərreyl” asan qələbə qazanıb. Lakin komandalarımızın heç biri qrupu lider kimi başa vura bilməyib. Çünki hər iki təmsilçimizin əsas rəqibləri – “Fənərbaxça” və “Vakıfbank TTelekom” da turu qələbə ilə başa vurub. Beləliklə, “Rabitə” və “Azərreyl” qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıblar.

B qrupu

“Dresdner” (Almaniya) - “Fənərbaxça” (Türkiyə) - 1:3 (23:25, 25:21, 15:25, 19:25)
Hakimlər: Martin Hudik (Çexiya), Cor Van Qompel (Hollandiya)
Drezden, Marqon Arena

“MYULHAUS” (FRANSA) – “RABİTƏ” (AZƏRBAYCAN) - 0:3 (16:25, 20:25, 17:25)
Hakimlər: Fabrizio Saltalippi (İtaliya), Mario Bernaola (İspaniya)

D qrupu

“AZƏRREYL” (AZƏRBAYCAN) – “TOMİS” (RUMINİYA) - 3:0 (25:20, 25:16, 27:25)
Hakimlər: Viktor Kozlovski (Ukrayna), Yevgeni Makşanov (Rusiya)
Bakı İdman Sarayı

“VAKIFBANK TTELEKOM” – “FOPPAPEDRETTİ” (İTALİYA) - 3:1 (25:13, 25:20, 18:25, 25:20)
Hakimlər: Borislav Pobornikov (Bolqarıstan), Karin Zaharçova (Çexiya)
İstanbul, Burhan Fələk Voleybol Salonu


Ceyhun Əhmədov