İstanbulun üçüncü boğaz körpüsünü Azərbaycanda işləyən şirkət tikəcək

istanbulun-ucuncu-bogaz-korpusunu-azerbaycanda-isleyen-sirket-tikecek-
Oxunma sayı: 690

“Qafqazinfo”nun məlumatına görə, “DİA Holding”in törəmə şirkəti “İÇTAŞ İnşaat Sənaye Ticarət A.Ş.” İstanbul 3-cü Körpü layihəsini 10 il 2 ay müddətlə (İş müddəti) qazanıb.

İstanbul Boğazında inşa ediləcək 3-cü körpünün tikintisini ehtiva edən “Şimali Mərmərə Şosesi Layihəsinin Odayeri-Paşaköy (3-cü Boğaz Körpüsü daxil) Sahəsinin layihəsini təklif edən iş ortaqlıqlarının təklifləri açıqlanıb.

Şose layihəsi ümumi uzunluğu 1875 metrlik asma körpü, 60 metr uzunluğundakı körpü yolu və ümumi uzunluğu 21 kilometr olan tunelləri əhatə edir.

Nigar Məmmədli