İstedad azadlıqdır…

istedad-azadliqdir-
Oxunma sayı: 652

Dünya ədəbiyyatında, bizim ədəbiyyatımızda buna xeyli misallar çəkmək olar.

Məsələn, dünyanın ən məşhur yazıçılardan olan polyak əsilli amerikan yazıçısı Çarlz Bukovskinin həyatı faciə ilə dolu olub. Ailəsi dağılıb, kasıblıq çəkib, bütün həyatı boyu bomj kimi küçələrdə səfil-səfil dolaşıb, içkiyə qurşanıb… Siyahını uzatmaq da olar, ancaq mənə elə gəlir bu qədər kifayətdir.

Bir böyük yazıçının düşdüyü bu vəziyyət, əlbəttə içlər acısıdır. Bir xatırlatma da edim ki, bu yazıçı kasıblıq ucbatından sifarişlə 6 bulvar romanı yazdı və bundan sonra məşhurlaşdı.
Çarlz Bukovskinin bu romanları o dövr ən oxunaqlı əsərlər sırasına daxil idi. Ancaq di gəl ki, o yenə də bədbəxt gündə idi.

Böyük rus yazıçısı Tolstoy ömrünü ədəbiyyata sərf etdi və sonda şaxtalı havada canını tapşırdı.

“Kazaklar”ı, “Hacı Muradı”, “Anne Karenina”nı, “Hərb və sülhü” yazan yazıçı mütləq yaşama həvəsini öldürməli idi.

Dostoyevskinin, Bulqakovun, Platonovun, bizim yazıçı və şairlərdən Sabirin, Mirzə Cəlilin, Məhəmməd Hadinin, Mikayıl Müşviqün, Cavid əfəndinin, Namiq Abdullayevin və digərlərinin həyatı puça dönməmişdimi?..

***
Ədəbiyyat qatil kimi bir şeydir – onun əlinə keçən ya məhv olmalı, ya da uğursuzluğa düçar olmalıdı.

Ədəbiyyat içində istedad yanğısı olan insanların yazdığı əsərə canını tapşırmağını, ruhunu ona həvalə etməsini tələb edir.

Əks halda həmin insan ədəbiyyata borcunu verə bilmir. Söhbət fiziki mənada canını verməkdən getmir, mənəvi duyğuların ədəbiyyata təslim olmasından gedir.

Kim bunu bacarır, ədəbiyyat onu öz quluna çevirir və o insan yaşam həvəsini yazdığı əsərə keçirir, bununla da onun həyatı bədbəxtliyə doğru yuvarlanır.

Kim ki, ədəbiyyatın tələbinə cavab vermir, o, demək ki, istedadsız və məqsədsiz bir insandır. Onun yaşam telləri yalnız həyata bağlandığından, ədəbiyyata sarılmağa gücü yetmir.
Ədəbiyyat - həyat kimi bir şeydir, onu öyrənməkdən daha çox sevmək lazımdır.

Sevmək lazımdır ki, öyrənmək həvəsi də yaransın.
Mən ədəbiyyatın bu yöndə təbliğ olunmasının tərəfindəyəm.